Dünya

İngiltərədə karantin rejimi əleyhinə etiraz aksiyası keçirilib, xəsarət alanlar var

27 Sentyabr 2020 10:08
Baxış: 1 026
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin paytaxtı Londonun mərkəzində minlərlə etirazçı koronavirusa qarşı mübarizə çərçivəsində tətbiq edilmiş sərt məhdudiyyətlərin götürülməsi tələbi ilə icazəsiz aksiya keçirib.

APA BBC-yə istinadən xəbər verir ki, karantin rejiminin pozulması səbəbindən polis aksiyaya müdaxilə edib. 

Etirazçılarla polis arasında yaranan qarşıdurmada hər iki tərəfdən xəsarət alanlar olub. 

"Scotland Yard"ın xəbərinə görə, 4 hüquq-mühafizə əməkdaşı yaralanıb. Dəyənək xəsarətləri alan bir neçə fəal təcili tibbi yardıma müraciət edib. 

Qeyd edək ki, polis tərəfindən 10 nəfər etirazçı saxlanılıb.

Xatırladaq ki, keçən həftə Londonda keçirilən analoji aksiya zamanı isə 32 nəfər saxlanılmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.