Dünya

Lari kəskin ucuzlaşır

26 Sentyabr 2020 16:05
Baxış: 820
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlər Gürcüstanın pul vahidi larinin məzənnəsi dünya valyutalarına nisbətdə kəskin enib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Sputnik Georgia" məlumat yayıb. Bu günə olan məzənnəyə görə, 1 avro 3,8812 lari, 1 dollar 3,3332, 1 Azərbaycan manatı  1,9622 laridir.

Mənbənin yazdığına görə, əhali mütəxəssislərin gürcü larisinin gələcək taleyi ilə bağlı proqnozlarını gözləmədən valyutadəyişmə məntəqələrinə axışaraq dollar almağa başlayıb. Paytaxt Tbilisidə, bütün mübadilə məntəqələri şəbəkəsinin yerləşdiyi mərkəzi Aleksandr Kazbegi prospektində də izdiham yaşanıb. 

Nəşrin məlumatına görə, bir çox insan hazırkı məzənnənin ən sərfəli kurs olduğunu düşünür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.