Dünya

İsveçrə pandemiya ilə əlaqədar riskli regionların siyahısını genişləndirib

26 Sentyabr 2020 17:52
Baxış: 734
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveçrə Federal Səhiyyə Agentliyi koronavirus pandemiyası ilə əlaqədar riskli regionların siyahısını genişləndirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sentyabrın 28-dən etibarən siyahıya 15 yeni ölkə əlavə ediləcək. Agentlikdən bildirilib ki, siyahıda yer alan ölkələr üzrə səyahət xəbərdarlığı onların adalar da daxil olmaqla bütün ərazilərinə şamil edilir və səfərə çıxanlar bu məqamı nəzərə almalıdırlar. Yalnız qonşu dövlətlərlə bağlı xəbərdarlıq bütün ölkəni deyil, epidemioloji vəziyyətin gərgin olduğu regionları əhatə edir.

Gələn həftədən etibarən Portuqaliya, Böyük Britaniya, Danimarka, Belçika kimi ölkələrdən İsveçrəyə səfər edənlər 10 günlük karantin rejimində qalmalıdırlar. Eləcə də qonşu ölkələr arasında Avstriyanın Vyana, Aşağı və Yuxarı Avstriya federal əyalətləri, İtaliyanın Liquriya regionu, Fransanın üç bölgəsi istisna olmaqla bütün ölkə üzrə səyahət xəbərdarlığı elan edilib.

Kosovo və San-Marino isə siyahıdan çıxarılıb. Hazırda siyahıda 59 ölkə yer alır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.