Dünya

Yaponiyanın yeni Baş naziri Putinlə danışığa hazırlaşır

26 Sentyabr 2020 17:32
Baxış: 701
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın yeni Baş naziri Yoşihide Suqa yaxın zamanda Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırır.

Milli.Az Trend-ə istinadən verdiyi məlumata görə, telefon danışığı təxminən sentyabrın 29-da baş tuta bilər, hazırda bu tarix tərəflər arasında razılaşdırılır.

Bildirilir ki, yeni baş nazir daha əvvəl bir sıra dövlətlərin liderləri ilə telefon danışığı aparıb. Y.Suqanın ABŞ Prezidenti Donald Tramp, Almaniya Kansleri Angela Merkel, Cənubi Koreya Prezidenti Mun Çje İn və Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə telefon danışığı olub.

Qeyd edək ki, sentyabrın 16-sı Yaponiya parlamenti Nazirlər Kabinetinin Baş katibi Yoşihide Suqanı ölkənin yeni Baş naziri kimi təsdiqləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.