Dünya

Nigeriyada ştat qubernatorunun karvanına hücum olunub, 15 nəfər ölüb

26 Sentyabr 2020 08:13
Baxış: 443
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nigeriyanın Borno ştatının qubernatoru Babaqan Umar Zulumun karvanına İŞİD terror qruplaşması ilə əlaqəli silahlılar hücum ediblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, hücum Baqa şəhərinin yaxınlığında Çad gölünün sahilində baş verib.

Bildirilir ki, hücum nəticəsində 15 nəfər, o cümlədən 8 polis əməkdaşı, 4 hökumətyönlü silahlı və 3 əsgər həlak olub.

Məlumata əsasən, qubernator hücum nəticəsində xəsarət almayıb, o, helikopterlə Monquno şəhərində təxliyə edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.