Dünya

Ərdoğan və Dodon əməkdaşlığı müzakirə ediblər

26 Sentyabr 2020 07:45
Baxış: 560
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Moldova Prezidenti İqor Dodon arasında telefon danışığı olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən bildiriblər.

Məlumata əsasən, tərəflər telefon danışığı zamanı Türkiyə-Moldova əlaqələrinin genişləndirilməsi və iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi perspektivlərini müzakirə ediblər.

Söhbət zamanı T.Ərdoğan Türkiyə ilə Moldova arasındakı münasibətləri strateji tərəfdaşlıq ruhunda hərtərəfli inkişaf etdirmək əzmini dilə gətirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.