Dünya

"Boeing 737 MAX" bu ilin sonunadək uçuşlarını bərpa edə bilər

25 Sentyabr 2020 21:50
Baxış: 570
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Boeing 737 MAX" bu ilin sonunadək Avropada uçuş icazəsi ala bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Avropanın Aviasiya Təhlükəsizliyi Agentliyinin icraçı direktoru Patrik Kay deyib.

O bildirib ki, Avropa bu təyyarələrin uçuş qadağasını yalnız ABŞ-ın Federal Aviasiya İdarəsinin müvafiq qərarından sonra götürə bilər. ABŞ tərəfinin "Boeing 737 MAX"la bağlı qərarının noyabr ayında verilməsi gözlənilir.

Xatırladaq ki, 2018-ci ilin noyabrında İndoneziyada və 2019-cu ilin martında Efiopiyada "Boeing 737 MAX" təyyarələnin qəzaya uğramasında sonra həmin modellərin uçuşuna qadağa qoyulmuşdu. Bu qəzalarda müvafiq olaraq 189 və 157 nəfər həlak olmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.