Dünya

Türkiyədə koronavirusdan sağalanların sayı 273 min nəfəri ötüb

25 Sentyabr 2020 21:20
Baxış: 658
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə son 24 saat ərzində daha 73 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 7 858 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 665 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 311 455 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 318 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 273 282 nəfər təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.