Dünya

Ermənistanda kənd sakinləri "Qazprom"un əməkdaşlarına hücum edib

25 Sentyabr 2020 19:59
Baxış: 786
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın Geqarkunik vilayətində yerli sakinlər "Qazprom Armeniya" şirkətinin əməkdaşlarına hücum edib.

Milli.Az Trend-ə istinadən məlumatına görə, insidentdə Tsovagüh kəndinin 50-yə yaxın sakini iştirak edib.

Qeyd olunur ki, "Qazprom" əməkdaşları kənddə qaz oğurluğu barədə müraciətləri yoxlamaq üçün polis müşayiətində həmin bölgəyə gedib. Hadisə yerinə baxış keçirilən zaman sakinlər əməkdaşlara hücum ediblər.

Hücum zamanı bəzi əməkdaşlar, eləcə də iki polis əməkdaşı xəsarət alıb.

İnsidentlə əlaqədar bir neçə sakin saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.