Dünya

Dünyada 14 milyon dollar dəyərində saxta dərman satan 120-dən çox şəxs tutulub

25 Sentyabr 2020 09:27
Baxış: 1 245
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mart ayında 90 ölkə üzrə eyni vaxtda "Panqea" adı altınta keçirilən xüsusi əməliyyat zamanı internetdə saxta tibbi məhsulların satışı ilə məşğul olan 120-dən çox şəxs nəzarətə alınıb. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin İnterpol Milli Mərkəz Bürosunun rəhbəri, polis general-mayoru Aleksandr Prokopçuk TASS-a verdiyi müsahibədə bildirib.

A.Prokopçuk qeyd edib ki, əməliyyat nəticəsində 14 milyon dollarlıq antiviral dərmanlar və tibbi maskalar daxil olmaqla, digər saxta tibbi məhsullar ələ keçirilib: "Əməliyyat ÜST-nin koronavirusu pandemiya elan etdiyi bir vaxta təsadüf etdiyindən xüsusi əhəmiyyət kəsb edir". 

Polis generalı əlavə edib ki, təkcə Rusiyada sosial şəbəkələrdə 4 mindən çox şübhəli sayt və səhifə yoxlanılıb, narkotik və tibbi cihazların qanunsuz satışı ilə məşğul olan 2 mindən çox sayt aşkarlanıb: "Bununla bağlı 87 cinayət işi, 1100-dən çox inzibati yoxlama başlanılıb. Qanunsuz fəaliyyətə görə 34 nəfər saxlanılıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.