Dünya

Çexiyada koronavirusdan ölüm sayı rekord həddə çatıb

25 Sentyabr 2020 09:16
Baxış: 953
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çex Respublikasında son sutkada koronavirusdan 19 nəfər ölüb ki, bu, ölkədəki pandemiya dövründə yoluxanlar arasında rekord sayda ölüm faktıdır.

Milli.Az APA-nın istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, avqustun sonu ilə müqayisədə ağır xəstə sayı beş qat (120 nəfər) artıb. Cümə axşamı saat 18.00-a qədər aktiv xəstələrin sayı 28 933 nəfər olub, bunlardan 670-i xəstəxanaya yerləşdirilib. Ümumiyyətlə, pandemiya zamanı ölkə üzrə 567 nəfər dünyasını dəyişib.

Qeyd edək ki, Avropa Xəstəliklərin qarşısının alınması və Nəzarət Mərkəzi (ECDC) Çexiyanı epidemiyanın ən sürətlə inkişaf etdiyi 7 ölkə sırasına əlavə edib. Bu siyahıya Çexiyadan əlavə İspaniya, Malta, Rumıniya, Bolqarıstan, Xorvatiya və Macarıstan da daxildir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.