Dünya

Yaponiyada rəqəmsal texnologiyaların inkişafı üçün 130 milyon dollara yaxın məbləğ ayırıla bilər

25 Sentyabr 2020 08:33
Baxış: 558
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiya hakimiyyəti 2021 maliyyə ilində (1 aprel 2021-ci ildən başlayacaq) ölkədə rəqəmsal texnologiyaların inkişafı üçün təqribən 13,9 milyard (130 milyon dollar) ayırmaq niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə "Sankei" qəzeti bildirib.

Bildirilib ki, bu məbləğin bir hissəsi bir sıra yerli hökumət xidmətlərini onlayn rejimə keçirmək üçün istifadə olunacaq.

Bundan əlavə, ölkə hakimiyyəti arxiv və vergi məlumat bazalarının təhlilində istifadə olunan süni intellektin işini yaxşılaşdırmaq üçün işçi qrupu yaratmağı planlaşdırırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.