Dünya

Yol vermədiyinə görə yaşlı kişini döydü - VİDEO

23 Sentyabr 2020 18:14
Baxış: 1 662
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avtomobilə quraşdırılmış müşahidə kamerası yol verməmək üstündə yaşlı kişi ilə gənc arasında baş verən davanı qeydə alıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "BAZA" "Telegram" kanalının məlumatına görə, kadrlar Rusiyanın Kirov şəhərindəndir.

Münaqişə iki hissədə davam edib: birincidə kişi üzündən bir-iki yumruq alıb. Davanın bununla bitdiyini düşünmək olar, amma yaşlı kişi təslim olmur, avtomobildən "silahını" götürərək, rəqibinin maşınına zərər vermək istəyir.

Nəticədə o, maşını əzir, ancaq özünə daha çox zərər dəyir. Kadrların sonunda gəncin onu yerlə sürüyərək, maşından uzaqlaşdırdığı görünür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.