Dünya

İngiltərədə “super yoluxduran” təlaşı: Biznes-ledi yüzlərlə insanı qorxuya saldı - FOTO

23 Sentyabr 2020 15:19
Baxış: 1 562
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Londondan Hanoy şəhərinə gedən Nga Nguyen adlı iş qadını Vyetnam Hava Yollarına məxsus bir reysdə sərnişinlərə koronavirus yoluxdurub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu, Böyük Britaniyada aparılan araşdırmalar zamanı üzə çıxıb.

Gənc qadının səyahət yolunu izlədikdə, onun "super yoluxduran" olduğu müəyyən edilib. Belə ki, tədqiqatlar zamanı qadının təyyarədə ümumilikdə 14 sərnişin və iki heyət üzvünə koronavirus yoluxdurduğu ortaya çıxıb.

Bundan başqa, 27 yaşlı biznes-ledinin koronavirus testinin cavabı müsbət çıxmazdan əvvəl "Gucci" və "Saint Laurent" podiumlarına qatıldığı bildirilir.

Hesabat dərc olunandan sonra moda həftələrinə qatılan yüzlərlə insan Milan və Parisdən qayıtdıqdan sonra karantinə alınıb.

Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.