Dünya

Rusiyaya getmək istəyən ermənilər aclığa başlayıblar

23 Sentyabr 2020 15:08
Baxış: 1 108
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yerevanda "Rusiyaya istəyirəm" adlı aksiyanın üzvləri aclığa başlayıblar.

Milli.Az Trend-ə istinadən məlumatına görə, aksiyada 20 nəfər iştirak edir. İştirakçılar arasında qadınlar da var.

Onlar Rusiyaya reyslərin açılmasını tələb edir. Qeyd olunur ki, ölkənin baş naziri Nikol Paşinyan qrupun nümayəndələrini qəbul edib. Aksiya iştirakçıları Rusiyaya gedənədək aclığın davam edəcəyini bildiriblər.

Qeyd edək ki, sentyabrın 21-dən başlayaraq Rusiya Avrasiya İqtisadi İttifaqının üzv ölkələri üçün hava məkanını açsa da, bu qərar Ermənistana şamil olunmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.