Dünya

"Tesla"nın bazar dəyəri 50 mlrd. dollar azalıb

23 Sentyabr 2020 12:23
Baxış: 519
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Tesla" şirkətinin rəhbəri İlon Maskın pilotsuz elektrik avtomobillərinin qiymətlərinin yaxın 3 ildə enməsi vədinə baxmayaraq, sentyabrın 22-də investorlar şirkətin bazar dəyərini 50 mlrd. ABŞ dolları azaldıb.

Milli.Az APA-ya istinadən verdiyi məlumata görə, fond bazarında ticarət əməliyyatlarının başa çatmasından cəmi 2 saat sonra "Tesla"nın bazar kapitallaşması 20 mlrd. dollar azalıb. Bu, İlon Maskın və şirkətin digər nümayəndələrinin "Tesla"nın yeni batareyasını və istehsal strategiyasının təqdimatı ilə bağlı olduğu bildirilir.

Qeyd edilir ki, investorlar təqdimatda Maskdan 10 il ərzində işlək qala biləcək batareya və pilotsuz elektrik avtomobillərin qiymətinin kəskin azaltması istiqamətində yeni strategiyasını gözləyirdi. Ümidləri doğrultmayan təqdimat "Tesla"nın bazar dəyərinin kəskin enməsi ilə nəticələnib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.