Dünya

Babası iki yaşlı uşağı pəncərədən atmaqla HƏDƏLƏDİ - VİDEO

23 Sentyabr 2020 01:30
Baxış: 1 600
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İki yaşlı uşaq onu pəncərədən atmaqla hədələyən sərxoş babasının əlindən alınıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "LifeShot" "Telegram" kanalı Rusiyanın Surqut şəhərində baş verən hadisənin görüntülərini yayımlayıb.

Məlumata görə, sakinlər binanın beşinci mərtəbəsində körpəni ayağından tutaraq pəncərədən atmaqla hədələyən kişini görüblər. Şahidlərdən biri dərhal polisə xəbər verib.

Hüquq mühafizəçiləri hadisə yerinə gəlib. Onlar binanın beşinci mərtəbəsinə qalxaraq qapını qırıb və içəri daxil olublar.

Körpə artıq otaqların birində paltar qurutma asılqanının altında oturmuş halda aşkarlanıb. Hadisə yerinə həkimlər cəlb olunub, sərxoş əmi isə saxlanılıb.

Hadisə vaxtı körpənin atası işdə, anası isə mağazada olub.

Baş verənlərə görə cinayət işi açılıb. Kişini "öldürməyə cəhd" maddəsi ilə iki il müddətinə azadlıqdan məhrum etmə gözləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.