Dünya

İspaniya hökuməti koronavirusla mübarizə çərçivəsində Madridə hərbçiləri cəlb edəcək

21 Sentyabr 2020 22:08
Baxış: 490
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya hökuməti koronavirusla mübarizə çərçivəsində paytaxt Madridə hərbçiləri cəlb edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ölkənin Baş naziri Pedro Sançes bildirib.

Onun sözlərinə görə, paytaxtda virusla mübarizə üçün xüsusi plan tələb olunur.

Qeyd olunub ki, hərbçilər Madriddə sanitar tədbirlərə əməl olunmasına nəzarət edəcək və dezinfeksiya işlərini keçirəcək.

Bu günədək İspaniyada 659 mindən çox şəxs koronavirusa yoluxub, 30 mindən çox şəxs həyatını itirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.