Dünya

Britaniyada oktyabrın ortalarında günlük koronavirusa yoluxma 49 minə çata bilər

21 Sentyabr 2020 18:33
Baxış: 477
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyada oktyabr ayının ortalarında günlük koronavirusa yoluxma sayı 49 minə çata bilər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Britaniyanın baş elmi məsləhətçisi Patrick Vallance mətbuat konfransında deyib.

"Hazırda koronavirusa yoluxma sayının təxminən hər yeddi gündə iki dəfə artdığını düşünürük. Əgər bu sürətlə davam edərsə və əlavə məhdudiyyətlər tətbiq edilməsə, oktyabr ayının ortalarına qədər Britaniyada günlük təxminən 49 000 yoluxma hadisəsi, noyabr ayının ortalarına qədər isə günlük 200 ölüm qeydə alına bilər", - P.Vallance qeyd edib.

O vurğulayıb ki, qarşıdakı altı aylıq müddət ərzində vəziyyətin ciddiliyi nəzərə alınmalıdır.

Xatırladaq ki, Britaniyada son sutka ərzində 3 899 nəfər koronavirusa yoluxub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.