Dünya

Bill Qeyts koronavirus pandemiyasının nə vaxt bitəcəyini açıqladı

21 Sentyabr 2020 14:06
Baxış: 1 839
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın "Microsoft" korporasiyasının təsisçisi Bill Qeyts koronavirus (COVID-19) epidemiyasının ən yaxşı halda 2022-ci ilin sonunda başa çatacağını bildirib.

Milli.Az APA-ya bildirir ki, Bill Qeyts "Fox News" telekanalına müsahibəsində bildirib ki, COVID-19-a qarşı peyvəndin qlobal istifadəsi 2021-ci ilin əvvəlində təsdiqlənərsə, ABŞ-da yayda vəziyyət normallaşmağa başlayacaq.

Milyarder əlavə edib ki, fəaliyyət yalnız 2022-ci ilin əvvəlinə normallaşacaq.

Qeyts qeyd edib ki, virusla bağlı vəziyyəti tez bir zamanda sabitləşdirmək üçün ABŞ digər ölkələrə xəstəliklə mübarizədə kömək etməlidir.

"Epidemiya ən yaxşı halda 2022-ci ildə sona çatacaq. Lakin 2021-ci il ərzində qlobal bir yanaşma olduğu halda göstəriciləri azaltmalıyıq. Allaha şükür ki, peyvəndlərin hazırlanması üçün texnologiyalar artıq mövcud idi, maliyyələşmə həyata keçirildi, şirkətlər isə ən yaxşı mütəxəssislərini ayırdı. Bu səbəbdən nikbinəm, bütün bunlar əbədi deyil", - deyə milyarder qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.