Dünya

Tailandlı etirazçılar demokratik islahatlar tələb edirlər

20 Sentyabr 2020 19:14
Baxış: 454
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şənbə günü Tailandın paytaxtında minlərlə nümayişçi tələbələrin başçılıq etdiyi etiraz hərəkatının yeni seçkilərin keçirilməsi və monarxiya islahatı ilə bağlı tələblərinə dəstək məqsədilə polisin xəbərdarlıqlarına məhəl qoymayaraq tarixi meydanı zəbt ediblər.

Təşkilatçılar Banqkokda tarixən siyasi etirazların keçirildiyi ərazidə iki gün davam edəcək etirazda 50 minə yaxın insanın iştirak edəcəyini proqnozlaşdırıb. Bazar gününə yürüş planlaşdırılıb.

Onillər boyu böyük siyasi nümayişlərin keçirildiyi Sanam Luang meydanın ilk öncə bir neçə qrupları təmsil edən insanlar gəlib. Onlar arasında rəngli bayraqlarını dalğalandıran LGBTQ nümayəndələri, qırmızı bayraq dalğalandıran 10 il öncə Banqkok küçələrində ölkə ordusuna qarşı mübarizə aparan Tailandın Qırmızı Köynək siyasi hərəkatının nümayəndələri olub.

Lakin Associated Press-in məlumatına görə, axşam nitq söyləyən iştirakçılar əsas səhnəyə çıxmağa başladığı vaxt, meydana artıq 20 minə yaxın insan toplaşıb. Gecə proqramı davam etdiyi müddət ərzində meydana insan axını davam edib.

Onlarla yemək və suvenir satıcılarının da yer aldığı tədbirlə əlaqədar olaraq meydan ətrafına 8 min polis zabiti yerləşdirilib.

"Bu gün bura gələn insanlar dinc məqsədlə gəliblər və demokratiyaya çağırış edirlər," etiraz liderlərindən Panuponq Cadnok bildirib.

Nümayişçilər maska taxsalar da, baş nazir Paryut Çan-oçanın cümə axşamı koronavirusu yaymaq və Tailandın ziyan dəyən iqtisadiyyatının bərpasına əngəl törətmək riskinin yüksək olduğu tədbirin ləğv edilməsi çağırışına məhəl qoymayıblar. On

Etirazçıların iyul ayında bəyan etdikləri əsas tələblərə parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi, yeni konstitusiyanın hazırlanması və siyasi fəallara təzyiqlərin son qoyulması daxildir.Onlar iyul ayından bəri bir neçə dəfə nümayiş keçiriblər.

Onlar inanırlar ki, 2014-cü ildə ordu komandiri olaraq seçki yolu ilə seçilən höküməti devirən Prayutun ötən il keçirilən seçkidə hakimiyyəti ədalətsiz yolla qayıdıb, çünki qanunlar ordu tərəfdarı partiyanın xeyrinə dəyişdiriblər.

Onlar iddia edir ki, ordunun başçılıq etdiyi hökümət altında elan olan konstitusiya da qeyri-demokratikdir.

Fəallar avqustun 10-da monarxiya islahatına çağıran 10 maddədən ibarət manifest yayımlayıblar. Onların tələbləri arasında kralın səlahiyyətlərinin məhdudlaşdırılması, saray xərclərinin sıx nəzarət olunması və monarxiya ilə bağlı açıq müzakirələrin aparılmasına icazə verilməsi yer alır.

Onlar daha öncə görünməmiş bir cəsarət sərgiləyiblər, çünki Tailannda monarxiya müqəddəs hesab olsunur. Monarxiyanı təhqir etmək 3 ilə 15 il arası həbs cəzası ilə nəticələnə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.