Dünya

ABŞ Ali Məhkəməsinin hakimi Rut Beyder Ginsburq vəfat edib

20 Sentyabr 2020 19:13
Baxış: 590
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Ali məhkəməsinin uzun müddətli və yalnız ikinci qadın hakimi olmuş Rut Beyder Ginsburq cümə günü dünyasını dəyişib. Ginsburq bir müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Məhkəmənin verdiyi məlumata görə, əzmli liberal və qadın haqlarının müdafiəçisi olan Ginsburq Vaşinqtonda öz evində və ailəsinin yanında vəfat edib. Onun 87 yaşı var idi.

"Ölkəmiz tarixi məziyyətə sahib bir hakimi itirdi," baş hakim Con Roberts bəyanatda bildirib.

Ginsburq 1993-cü ildən bəri Ali Məhkəmədə xidmət göstərirdi. Bəyanatda verilən məlumata görə, o, metastatik mədəaltı vəzi xərçəngi səbəbilə həyatını itirib.

Ginsburq iyul ayında kimya terapiyasından keçdyini bildirmişdi.

Ginsburqun ölümü prezident Donald Trampa Ali Məhkəmədə mühafizəkarların üstünlüyünü artırmaq imkanı verir. Belə ki, Tramp seçkiyə yeddi həftə qala bir vaxt Ali Məhkəyə artıq üçüncü hakimi təyin edə bilər.

Belə görünür ki, Ginsburqun ölümü Trampın yeni hakim nominasiya edib, Respublikaçıların nəzarət etdiyi Senatın onu təsdiq etməli və ya seçki nəticələri bəlli olanadək Ali Məhkəmədəki yerin boş saxlanmalı olması ilə bağlı siyasi mübahisələrə yol açacaq.

Milli İctimari Radio (NPR) bildirir ki, Ginsburq ölümündən bir neçə gün öncə nəvəsi Klara Speraya deyib: "Mənim ən coşğun istəyim yeni prezident seçilənədək yerimə başqa birisinin təyin olunmamasıdır."

Senatın Respublikaçı lideri Mitç MakKonnel cümə günü yaydığı bəyanatda bildirib ki, Trampın nominasiya edəcəyi namizəd "Birləşmiş Ştatlar Senatında səsverməyə qoyulacaq."

Tramp isə bəyanatında "Hakim Ginsburq iş yoldaşlarına qarşı mənfurluq etmədən onlarla razılaşmamağın mümkün olduğunu göstərdi. Onun düşüncələri, o cümlədən qadınların və əngəllilərin qanuni bərabərlilikləri ilə bağlı verdiyi məşhur qərarlar bütün amerikalıları ilhamlandırıb."

Prezidentliyə Demokrat namizəd Co Bayden Ginsburqla bağlı "o davamlı və etibarlı bir şəkildə hər bir məsələdə dərinə gedən, hər bir amerikalının konstitusiya hüquqlarını qoruyan və şiddətli və sarsılmaz bir şəkildə istiqlal və azadlığı müdafiə edən bir insan idi" deyib.

Nümayəndələr Palatasının Demokrat lideri Nensi Pelosi isə bəyanatla çıxış edərək deyib ki, "Biz hakim Ginsburqun qabaqcıl karyerasına ehtiram göstərməli və Ali Məhkəmənin növbəti hakiminin onun hər kəs üçün bərabərlik, imkanlar və ədalətin təmin olunması vədini davam etdirəcəyindən əmin olaraq onun güclü irsini davam etdirməliyik."

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.