Dünya

Son 2 ayda Rusiyada COVID-19-a ən yüksək yoluxma halı

20 Sentyabr 2020 18:38
Baxış: 631
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada son sutka ərzində koronavirusa yoluxanların sayı 6 148 nəfər artıb. Bu, iyulun 18-dən indiyədək ölkədə qeydə alınan ən yüksək göstərici olub.

"Qafqazinfo" "TASS"a istinadən bildirir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Son 24 saatda 79 pasiyent vəfat edib.

Ümumilikdə Rusiyada 1 103 399 nəfərdə koronavirus aşkarlanıb, 19 418 nəfər dünyasını dəyişib, 909 357 nəfər sağalıb, 174 624 pasiyent müalicə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.