Dünya

2100-cü ildə dünya əhalisinin sayı nə qədər olacaq? - ARAŞDIRMA - FOTO

20 Sentyabr 2020 11:29
Baxış: 1 728
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya əhalisinin sayı günü-gündən artmağa davam edir. Hal-hazırda 7,5 milyardın üzərində olan dünya əhalisinin sayı hesablamalara görə, 2100-cü ilə qədər 16 milyarda çatacaq. Əhali sıxlığının bəzi ölkələrdə yoxsulluq və müharibələrə səbəb olacağı da ehtimal edilir.

Digər tərəfdən, ehtimal edilir ki, bu gün 1 milyard yarım insanın yaşadığı Çin, 2100-cü ilə qədər əhalisinin yarısından çoxunu itirəcək. Bunun səbəbi isə müxtəlif cür əsaslandırılır. Qida çatışmazlığı və digər arqumentlər ətrafında mülahizələr irəli sürülür. Əhali sayına görə, Çin üçüncü yerə düşərsə, Hindistan birinci, Nigeriya isə ikinci yerdə olacaq.

Araşdırmalarda dünyanın ən çox insan yaşayan 10 ölkəsinin Afrika qitəsində olacağı da bildirilib.

Bütün bu təxminlər "Lancet" jurnalında dərc edilib. Yayımlanan araşdırmada 2100-cü il üçün bir çox dünya ölkəsinin əhali sayı təxmin edilib. Araşdırmada eyni zamanda 2020-ci illə 2100-cü il üçün təxmin edilən əhali sayı da müqayisə olunub.

Milli.Az musavat.com-a istinadən sizlərə həmin müqayisəni təqdim edir:

Hindistan

2020-ci il - 1,353 milyard
2100-cü il - 1,09 milyard

Nigeriya

2020 - 195,9 milyon
2100 - 791 milyon

Çin

2020 - 1,393 milyard
2100 - 732 milyon

ABŞ

2020 - 328,2 milyon
2100 - 336 milyon

Pakistan

2020 - 212 milyon
2100 - 248 milyon

Konqo Demokratik Respublikası

2020 - 84 milyon
2100 - 246 milyon

İndoneziya

2020 - 267 milyon
2100 - 229 milyon

Efiopiya

2020 - 84 milyon
2100 - 223 milyon

Misir

2020 - 98 milyon
2100 - 199 milyon

Tanzaniya

2020 - 56 milyon
2100 - 186 milyon

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.