Dünya

Boris Conson Britaniyada koronavirusun ikinci dalğasının yaxınlaşdığını bildirib

19 Sentyabr 2020 08:03
Baxış: 620
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyanın Baş naziri Boris Conson Britaniyada koronavirusun ikinci dalğasının yaxınlaşdığını deyib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Boris Conson ölkədə sərtləşdirilmiş karantin rejiminin yenidən tətbiq edilməsini istəmədiyini bildirib.

Buna baxmayaraq, Baş nazir vurğulayıb ki, hökumət infeksiyaya yoluxma nisbətinin aşağı düşməsinə kömək etmək üçün bəzi addımlar ata bilər: "Britaniyaya yoluxmanın ikinci dalğasının yaxınlaşdığını görürük. Aydındır ki, biz hər şeyi nəzarət altında saxlayacağıq. Əlbəttə, koronavirusla bağlı vəziyyət mənfiyə doğru irəlilədikcə biz də daha çox tədbir görməli olacağıq".

Qeyd edək ki, son sutka ərzində Britaniyada koronavirusa yoluxanların sayı 4322 nəfər olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.