Dünya

Metroda DƏHŞƏTLİ ANLAR: özünü qatarın altında atdı, ayağı qopdu - FOTO

18 Sentyabr 2020 19:28
Baxış: 2 060
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbul metrosunun Şişli stansiyasında dəhşətli qəza olub.

Milli.Az xəbər verir ki, səhər saat 08:30-da Şişli-Mecidiyeköy metro stansiyası bölgəsində gənc kişi özünü qatarın altına atıb.

Hadisədən dərhal sonra olay yerinə polis, xilasedici və təcili tibbi yardım briqadaları çağırılıb. İlkin dəyərləndirilmələrə əsasən, özünü qatarın altına atan şəxsin ayağı qopub.

Qəza ilə əlaqədar metro stansiyasına giriş-çıxış bağlanıb. Metro reysləri müvəqqəti dayandırılıb.

Metronun maşinisti ifadəsi alınmaq üçün polis bölməsinə aparılıb.

"Metroİstanbul"dan verilən açıqlamada gəncin intihara cəhd etdiyi bildirilir. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.