Dünya

İranda son sutka ərzində koronavirusdan 176 nəfər ölüb

17 Sentyabr 2020 16:48
Baxış: 547
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda ötən sutka ərzində koronavirusdan (COVID-19) 176 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Onun sözlərinə görə, bununla da ölkədə bu virusdan ölənlərin sayı 23 808 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 2 815 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 413 149 nəfərə yüksəlib.

O əlavə edib ki, İranda indiyədək 35 848 nəfər koronavirusdan sağalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.