Dünya

İspaniya COVID-19 əleyhinə vaksin istehsal edəcək

18 Sentyabr 2020 04:30
Baxış: 757
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın Səhiyyə Nazirliyinin məlumatına görə, bu ölkə COVID-19 əleyhinə vaksinin istehsalı üçün seçilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Amerikanın "Novavax" əczaçılıq şirkəti İspaniyanın "Zendal" bioəczaçılıq qrupunun Pontevedra bələdiyyəsində yerləşən Porrinyo mənzil-qərargahında öz vaksininin sənaye miqyasında istehsalına cavabdeh olacağını elan edib. Vaksin ABŞ hüdudlarından kənardakı bazarlara tədarük ediləcək.

İspaniya tərəfi ilə razılaşma İspaniya əczaçılıq sənayesi və gələcəkdə hazırlanacaq COVID-19 əleyhinə vaksinin istehsal həcminin artırılması üçün mühüm stimul olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.