Dünya

Suriyada ABŞ helikopteri qəzaya uğrayıb

15 Sentyabr 2020 17:05
Baxış: 482
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Suriyanın şimalındakı Əl-Həsəkə əyalətində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə Tel-Həddad kəndi yaxınlığında baş verib.

Qeyd olunur ki, helikopterin düşdüyü ərazi ABŞ qoşunları tərəfindən mühasirəyə alınıb. Hər hansı itkilərin olub-olmaması barədə məlumat verilməyib.

Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.