Dünya

Qadın sürücü polisin gözü qarşısında cərimə sənədini yedi - VİDEO

10 Sentyabr 2020 10:39
Baxış: 1 814
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın Donetsk əyalətində qadın sürücü ona tətbiq edilən cəza sənədini yeyib.

Milli.Az avtosfer.az-a istinadən bildirir ki, hadisə Mariupol şəhərində baş verib. Bu barədə videonu Yol Patrul Xidmətinin əyalət üzrə mətbuat katibliyi ictimailəşdirib.

Bildirilir ki, qadını sürücü avtomobilini idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etməyib və buna görə də yol patrul xidmətinin əməkdaşları onu saxlayıb.

Patrul əməkdaşı qayda pozuntusuna görə sürücüyə inzibati qaydada protokol tərtib edib və sənədin sürətini təqdim edəndə isə o, onu yeməyə başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.