Dünya

Avrozona iqtisadiyyatı rekord səviyyədə azalıb

8 Sentyabr 2020 17:54
Baxış: 872
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin II rübündə Avrozona iqtisadiyyatı ötən ilin eyni rübü ilə müqayisədə 14,9%, bu ilin I rübü ilə müqayisədə isə 11,8% azalıb.

Milli.Az APA-ya istinadən verdiyi məlumata görə, bu, hesablamaların aparılmasının başladığı 1995-ci ildən bəri ən kəskin azalmalardır. Avrozonada ən kəskin rüblük ÜDM azalması İspaniya (-18,5%), Xorvatiya (-14,9%), Macarıstan (-14,5%), Yunanıstan (-14%), Portuqaliya (-13,9%) və Fransada (-13,8%) qeydə alınıb. Ən yüngül azalmalar isə Finlandiya (-4,5%), Litva (-5,5%), Estoniya (-5,6%), İrlandiya (-6,1%), Latviya (-6,5%) və Danimarkada(-6,9%) olub.

Qeyd edək ki, bu ilin I rübündə Avrozona iqtisadiyyatı rüblük ifadədə 3,7%, illik ifadədə isə 3,2% azalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.