Dünya

Gürcüstanda NATO təlimləri: 5 dövlətin hərbçiləri Rusiya sərhədində...

8 Sentyabr 2020 11:50
Baxış: 1 426
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda ABŞ, İngiltərə, Polşa və Fransanın iştirakı ilə NATO-nun "Noble Partner 2020" təlimləri başlayıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, ötən gün Tiflis yaxınlarındakı Vaziani hərbi hissəsində təlimin rəsmi açılış hissəsi keçirilib.

Mərasimdə Gürcüstanın Baş naziri Giorgi Qaxariya, müdafiə naziri İrakli Qaribaşvili, daxili işlər naziri David Zalkaliani, deputatlar və generallar iştirak edib.

Hərbi təlimlər Gürcüstan, ABŞ və digər müttəfiq ölkələrin silahlı qüvvələrinin hazırlıq vəziyyətinin artırılmasına, Qara dəniz regionunda sabitlik və təhlükəsizliyə töhvə verməyi hədəfləyir.

Bununla beşinci dəfə Gürcüstanda keçirilən təlimlərdə ilk dəfə ABŞ-ın "Striker" və "Hummer" zirehli, lojistik avtomobilləri də qatılıb.

Qeyd edək ki, Gürcüstanda keçirilən "Noble Partner 2020" hərbi təlimlərinə 5 dövlət qatılıb. Təlimlərdə iştirak üçün xarici ölkələrdən Gürcüstana 2700 əsgər gəlib. Hərbi təlimlər sentyabrın 18-nə qədər davam edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.