Dünya

Məşhur müğənni dünyasını dəyişdi

6 Sentyabr 2020 10:28
Baxış: 1 064
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Belçikalı məşhur müğənni və aktrisa Anni Kordi 92 yaşında dünyasını dəyişib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, A.Kordi ilə yaşayan qohumu Mişel Lebonun sözlərinə görə, həkimlərin bütün səylərinə baxmayaraq qəflətən özünü pis hiss edən müğənnini xilas etmək mümkün olmayıb.

Leoni Koreman səhnə adı olan Anni Kordi kimi məşhurdur. O, 700-dən çox mahnı ifa edib, 20-dən artıq musiqili komediyada, 40 filmdə və 30 serialda, həmçinin onlarla pyesdə iştirak edib. Albomu beş milyon nüsxədən çox satılıb.

2004-cü ildə baronessa tituluna sahib olub. Ən məşhur mahnıları "Tata Yoyo" və "La bonne du cure"dir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.