Dünya

Terror yenə can aldı: 2 Fransa hərbçisi həlak olub

6 Sentyabr 2020 09:19
Baxış: 642
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Malidə terror qruplaşmalarına qarşı mübarizə əməliyyatı zamanı iki Fransa hərbi qulluqçusu həlak olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Elisey sarayı xəbər verib.

Məlumatda qeyd edilib: "Respublika prezidenti [Emmanuel Makron] bu səhər Tesalitdə əməliyyatı zamanı iki Fransalı hərbçinin ölümü barədə xəbəri böyük həyacanla alıb".

Vurğulanıb ki, hərbçilər Saheldə terrorizmlə mübarizə missiyasını icrası zamanı Fransa uğrunda həlak olublar.

Məlumata əsasən, Fransa prezidenti ailələrinə, yaxınlarına və silah qardaşlarına başsağlığı verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.