Dünya

Yaponiyaya "Hayşen" qasırğası yaxınlaşır - Onlarla zavod bağlandı

5 Sentyabr 2020 16:23
Baxış: 942
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyaya yaxınlaşmaqda olan "Hayşen" qasırğası ilə əlaqədar ölkənin cənub-qərbində zavodlar fəaliyyətini dayandırır.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Toyota", "Honda" şirkətləri Küsü adasında zavodlarnı bağladığını elan edib.

Bundan başqa, "Mitsubishi Electric" 3, "Canon" isə 7 zavodunu müvəqqəti bağlayıb.

"Hayşen" qasırğası hazırda Okinava adası istiqamətində hərəkət edir. Onun bazar günü Yaponiya sahillərinə çatacağı deyilir. Qasırğa zonasında küləyin maksimal sürəti saatda 198 kilometrə çata bilər.

Sakinlərə yaşayış yerlərini tərk etmək tövsiyə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.