Dünya

Rusiya Poroşenkoya sanksiyalar tətbiq etdi

5 Sentyabr 2020 09:52
Baxış: 829
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya hökumət Ukraynaya qarşı fərdi sanksiyaları genişləndirib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə məlumat federal hüquqi informasiya portalında yerləşdirilib.

Siyahıya sabiq prezident Petro Poroşenko da əlavə edilib. 

Qeyd edək ki, 2018-ci ilin noyabrında rəsmi Moskva Ukraynadan olan 300-dən çox fiziki və 68 hüquqi şəxsə qarşı xüsusi iqtisadi sanksiyalar tətbiq etmişdi. Siyahıya daha sonra bir çox tanınmış siyasətçilər və o dövrdə vəzifədə olan məmurlar (Daxili İşlər naziri Arsen Avakov, Müdafiə naziri Stepan Poltorak və s.) daxil edilib. 

Sanksiya adları siyahıda olan fiziki və hüquqi şəxslərə məxsus əmlakın bloklanmasını, o cümlədən kapitalın Rusiya ərazisindən ölkə xaricinə çıxarılmasına qadağanı nəzərdə tutur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.