Dünya

Doğum evinə pul ödəyə bilməyən ailə körpəsini xəstəxanaya SATDl

4 Sentyabr 2020 07:14
Baxış: 1 751
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanda yeni körpələri dünyaya gələn ailə onu pul qarşılığında xəstəxanaya satıb.

Milli.Az xəbər verir ki, Hindistanın Uttar Pradeş əyalətində doğum sancısı başlayan Caran adlı qadın həyat yoldaşı tərəfindən özəl xəstəxayana aparılıb. Xəstəxana işçiləri uşaq doğulduqdan sonra ailənin 35 min rupi (811 manat) borcları olduqlarını deyib. Valideynlər pulu ödəyə bilmədikləri üçün xəstəxananın körpəni girov saxladığı iddia edilib.

Xəstəxananın baş həkimi Sema Qupta bu barədə açıqlama verərək ailənin uşağı istəmədiyini və onu öz razılıqları ilə övladlığa vermək istədiklərini deyib. Hətta körpənin anası onu öz razılığı ilə xəstəxanaya verməsi barədə sənəd imzalayıb. Ana isə bütün bunların yalan olduğunu, xəstəxananın onu uşağı satmağa məcbur etdiyini və oxuyub-yazmaq qabiliyyəti olmadığı üçün sənədi imzaladığını deyib. Əyalət rəhbəri bu barədə açıqlama verərək hadisə ilə bağlı araşdırma aparılacağını bildirib. (ölkə.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.