Dünya

Belarus Rusiya ilə sərhədlərini açır

2 Sentyabr 2020 13:38
Baxış: 1 035
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya ilə Belarus arasında nəqliyyatın hərəkəti bərpa ediləcək.

Milli.Az baxar.az-a istinadən xəbər verir ki, bu barədə Belarus Nəqliyyat və Rabitə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iki ölkə arasındakı nəqliyyat mərhələli şəkildə yenidən başlanacaq. Tarixin, hələ ki, müəyyən edilmədiyi açıqlamada qeyd olunub.

Qeyd edək ki, Moskvada baş tutan Rusiya İnsan Sağlamlığı və İstehlakçıların Müdafiəsi Qurumu ilə belaruslu həmkarları arasında görüşmədə mövzu ilə bağlı protokol imzalanmışdı.

Xatırladaq ki, koronavirus pandemiyası səbəbilə iki ölkə arasında quru, hava və su yolu bağlanmışdı. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.