Dünya

Hindistanın keçmiş prezidenti dünyasını dəyişdi

31 Avqust 2020 21:05
Baxış: 775
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanın keçmiş prezidenti Pranab Mukerci 84 yaşında Nyu-Delhidə dünyasını dəyişib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə hazırkı Prezident Ram Nath Kovind Tvitter səhifəsində yazıb:

"Dərin kədər hissi ilə öyrəndim ki, keçmiş prezident Pranab Mukerci artıq həyatda yoxdur. Onun ölümü bir dövrün sonudur. Xalqımız ən layiqli övladlarından birini itirdiyi üçün kədərlənir".

Qeyd edək ki, Mukerci hərbi hospitalda vəfat edib. O, beyin əməliyyatı keçirdiyindən ömrünün son saatlarında koma vəziyyətində olub. Mukerci, həmçinin, koronavirusa yoluxmuşdu.

Pranab Kumar Mukerci maliyyə, müdafiə və xarici işlər nazirləri vəzifəsində çalışıb, 2012-ci ildə ölkənin prezidenti seçilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.