Dünya

Türkiyədə sel fəlakətində ölənlərin sayı 10-a çatıb

30 Avqust 2020 16:14
Baxış: 1 075
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Giresun vilayətində baş verən sel fəlakətində ölənlərin sayı 10 nəfərə yüksəlib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu bildirib.

Nazir deyib ki, xilasedici qüvvələr sel sularında itkin düşən 5 nəfərin fasiləsiz axtarışlarını davam etdirir.

Qeyd edək ki, Giresunun Dereli rayonunda  avqustun 22-i yerlii vaxtla saat 15.00-dan başlayan leysan yağışları nəticəsində  Aksu çayı daşaraq sel və sürüşmə fəlakətinə səbəb olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.