Dünya

Haitidə tropik fırtına nəticəsində ölənlərin sayı 31-ə yüksəlib

29 Avqust 2020 07:55
Baxış: 1 331
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Haiti üzərində tuğyan tropik "Laura" fırtınası nəticəsində ən az 31 nəfər ölüb, 8 nəfər yaralanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə karib respublikasının təhlükəsizlik departamentinin saytında yerləşdirilən mesajda deyilir.

Daha əvvəl "HaitiLibre" xəbər portalı 20 nəfərin ölüm xəbərini vermişdi. Ümumilikdə 2,3 mindən çox yaşayış binasına ziyan dəyib, 6,2 mindən çox ev su altında qalıb.

Xilasetmə xidmətlərinin məlumatına görə, respublikanın cənub-şərq və qərb bölgələrinə ciddi ziyan dəyib. Səlahiyyətli orqanlar bildirib ki, sel, leysan yağışlar və külək ölkənin 2 milyondan çox sakininin yaşayış şəraitinə təsir göstərə bilər.

Haiti üzərindən keçərkən tropik "Laura" fırtınasının əhatəsində küləyin sürəti 23 m/s-ə çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.