Dünya

Avropa ölkələri karantin qaydalarını sərtləşdirməkdə davam edir

28 Avqust 2020 15:39
Baxış: 931
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa ölkələri koronavirus pandemiyası ilə əlaqədar karantin qaydalarını sərtləşdirməkdə davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, Fransada maska taxmaq məcburiyyəti paytaxt Parisin bütün ərazisinə şamil olunub. Bundan əvvəl, bu zərurət paytaxtın bəzi ərazilərinə aid edilirdi. Ötən gün Fransada 6 111 yoluxma qeydə alınıb ki, bu da mart ayından sonra qeydə alınan ən yüksək göstərici olub.

İspaniyada 6 yaşdan böyük uşaqlarda məktəbdə maska taxmaq tələb olunur.

Almaniya hökuməti vətəndaşları "yüksək riskli" hesab olunan ölkələrə səfər etməməyə çağırıb. Bundan başqa, ölkə ərazisində kütləvi tədbirlərin keçirilməsinə qoyulan qadağa ilin sonunadək uzadılıb. Almaniyanın bəzi federal torpaqlarında maska taxmamağa görə 50 avro cərimə tətbiq olunur.

Böyük Britaniyada da bəzi karantin bölgələrində orta məktəb şagirdlərinə məktəbdə maska taxmaq tapşırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.