Dünya

Ukraynada müxalifətçilərin olduğu avtobus atəşə tutuldu - Ölənlər var

27 Avqust 2020 22:09
Baxış: 904
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kiyev-Xarkov şossesində içərisində "Vətənpərvərlər - Həyat naminə" ictimai hərəkatının üzvlərinin olduğu mikroavtobus atəşə tutulub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ukrayna Radasının deputatı İlya Kiva özünün feysbuk səhifəsində yazıb. Onun sözlərinə görə, hücum zamanı 2 nəfər ölüb, 1 nəfər yaralanıb, şəxsiyyətləri hələlik bilinməyən bir neçə nəfər isə girov götürülüb. Silahlı hücumun "Azov" batalyonunun nümayəndələri tərəfindən edildiyi bildirilir.

Polis faktla bağlı araşdırmalara başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.