Dünya

"Laura" qasırğasına görə uçuşların çoxu təxirə salındı

27 Avqust 2020 09:11
Baxış: 876
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da Texas ştatının ən böyük hava limanındakı bütün uçuşların 60 faizindən çoxu ləğv edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "FlightAware" saytı xəbər verir.

Saytda bildirilir ki Hyuston hava limanı 11-ni (3%) təxirə salmaqla 212 reysi (61%) və 17 reysin enişini (5%) təxirə salmaqla 201 reysin qəbulunu ləğv edib (62%).

"Associated Press" Texas və Luizianadakı körfəz sahilindəki yanacaqdoldurma məntəqələrinin bağlanmasına dair xəbər yayıb. Sahil ərazilərinin sakinləri yaxın bir neçə saatda "Laura"nın əhatə edəcəyi ərazini tərk etməyə tələsərək avtobus terminallarına gəliblər.

Missisipi çayının ətrafı və iki ştatın sahil ərazilərinin sakinləri üçün fırtına xəbərdarlığı elan edilib. Texas və Luiziana hakimiyyətləri "Laura"nın yaxınlaşması ilə əlaqədar 585 min yerli sakinin təxliyə edilməsinə göstəriş verib. Arkanzas ştatında fövqəladə vəziyyət elan edilib.

Qasırğa mövsümü, adətən, Atlantikdə iyunun əvvəlindən noyabrın sonuna qədər altı ay davam edir. Atmosfer olayı tropik fırtına kimi təsnif edilir və əhatəsindəki küləyin sürəti təqribən 17,5 m/s-yə çatanda bu adı alır. Küləyin sürəti 33 m/s və ya daha çox olduqda isə fırtına qasırğa adlandırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.