Dünya

ABŞ Əfqanıstanda itmiş iki amerikalı barədə məlumata görə 5 milyon dollar vəd edir

26 Avqust 2020 21:10
Baxış: 660
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ hökuməti Əfqanıstanda itkin düşmüş iki amerikalının hər biri barədə məlumata görə, 5 milyon dollaradək mükafat təklif edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

Qeyd olunur ki, mükafatlar Mark Frerixs və Pol Overbni barədə məlumatlara görə veriləcək.

Pol Overbi sonuncu dəfə 2014-cü ildə görünüb. Mark Frerixs isə 2020-ci ilin fevralında itib.

Onların hər ikisinin qaçırıldığı ehtimal edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.