Dünya

Ukraynada karantin müddəti uzadıldı

26 Avqust 2020 19:01
Baxış: 755
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynada koronavirus pandemiyası ilə əlaqədar karantin müddəti uzadılıb.

Milli.Az APA-ya istinadən verdiyi xəbərə görə, qərar bu gün Ukrayna Nazirlər Kabinetinin iclasında qəbul olunub.

Ölkədə "adaptiv model" formatında tətbiq olunan karantin müddəti noyabrın 1-dək uzadılıb. 
Avqustun 1-dən Ukraynada tətbiq olunan adaptiv karantin modeli ölkənin regionlarındakı epidemioloji vəziyyətdən asılı olaraq bütün bölgələri dörd  - "yaşıl", "sarı", "narıncı" və "qırmızı" zonalara bölüb. 
Epidemioloji zonaların hər birində müxtəlif karantin məhdudiyyəti tətbiq olunur.

Ən yumşaq qadağalar"yaşıl" zonada, ən sərt qadağalar isə "qırmızı" zonaya daxil olan bölgələrdə tətbiq olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.