Dünya

Qoyuna görə mübahisə etdiyi qonşusunu öldürən şəxs İNTİHAR ETDİ - FOTO

26 Avqust 2020 16:31
Baxış: 1 460
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Balıkesir şəhərində 44 yaşlı Ramazan Eklioğlu adlı şəxs tarlasına girən qoyunlara görə mübahisə etdiyi qonşusu Nedim Kayanı ov tüfəngiylə vurub.

Milli.Az Sondakika-ya istinadən xəbər verir ki, qonşusunu öldürdükdən sonra ərazidən uzaqlaşan Ramazanı polislər axtarmağa başlayıblar.

Şübhəlinin yaxalanması üçün axtarışa başlayan polislər eyni məhəllədəki bir çardaqdan Eklioğlunun meyitini tapıblar. Ekspertiza zamanı Eklioğlunun qonşusunu öldürdüyü eyni tüfənglə intihar etdiyi məlum olub.

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.