Dünya

İspaniya koronavirusa qarşı vaksinlərin mərkəzləşdirilmiş qaydada alınmasına qoşulub

26 Avqust 2020 22:10
Baxış: 580
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya Avropa İttifaqına (Aİ) üzv olan digər dövlətlərlə birlikdə COVID-19 infeksiyasına qarşı Oksford Universitetinin (Böyük Britaniya) tədqiqatçıları tərəfindən "Astrazeneca" şirkətində hazırlanmış vaksinlərin Avropa Komissiyası (AK) vasitəsi ilə həyata keçirilən mərkəzləşdirilmiş qaydada alınmasına qoşulub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, vaksinlər ölkələr arasında əhalinin sayına görə bölüşdürüləcək. Ümumilikdə götürdükdə bu bölgüdə İspaniyanın payına 30 milyon dozalıq vaksin düşür.

Son həftələrdə Avropa Komissiyası ən qabaqcıl alternativlərdən sayılan "Astrazeneca" şirkətinnin vaksinlərinin mərkəzləşdirilmiş qaydada alınması barədə razılıq əldə edib. Hazırda bu vaksinin təhlükəsizliyini və effektivliyini təmin etmək istiqamətində klinik sınaqlar keçirilir.

AK-nin danışıqlar komitəsi İspaniyanın qoşulduğu bu ilk razılaşmaya əlavə olaraq, Avropa İttifaqının və üçüncü ölkələrin vaksinə olan tələbatlarını ödəmək məqsədilə alternativ vaksinlər hazırlayan müxtəlif şirkətlərlə danışıqları davam etdirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.