Dünya

Cənubi Koreyada onlarla region “xüsusi təbii fəlakət zonası” elan edilib

24 Avqust 2020 21:35
Baxış: 963
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Koreyada güclü leysan və daşqınlarla əlaqədar 20 şəhər və rayon, eləcə də 36 kiçik yaşayış məntəqəsi "xüsusi təbii fəlakət zonası" elan edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, müvafiq qərarı ölkə prezidenti Mun Çje İn imzalayıb.

Avqustun əvvəlində ölkənin 18 regionu "xüsusi təbii fəlakət zonası" elan edilmişdi.

Bu il rekord müddətdə - 54 gün davam etmiş yağıntı mövsümündə 30-dan çox şəxs həlak olub, minlərlə sakin yaşayış yerini tərk etmək məcburiyyətində qalmışdı.

Meteoroloqların məlumatına əsasən, hazırda yarımadaya "Bavi" qasırğası yaxınlaşır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.