Dünya

İtaliyada koronavirus vaksininin sınaqları başlayır

24 Avqust 2020 15:13
Baxış: 661
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyada bu gündən etibarən yerli koronavirus vaksininin kliniki sınaqları başlayır.

Milli.Az Trend-ə istinadən bildirir ki, sınaqların ilkin mərhələsində 18-55 yaş arasında 45 nəfər, eləcə də 65-85 yaş arasında 45 nəfər könüllü iştirak edəcək. Sınaqlarda iştirak edənlər peyvəndləmədən sonra 12 həftə ərzində nəzarət altında saxlanacaq.

Sınaqların ikinci və üçüncü mərhələsinin yoluxmanın daha çox yayıldığı Meksika və Braziliya kimi ölkələrdə keçirilməsi nəzərdə tutulur.

Sınaqların uğurla başa çatacağı təqdirdə koronavirus vaksininin 2021-ci ilin yazında hazır olacağı planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.